PDF Oxu

Dünya

  • 972

Almaniya "Tornado" kəşfiyyat təyyarələrini Əfqanıstandan çıxarıb

Almaniya "Tornado" kəşfiyyat təyyarələrini Əfqanıstandan çıxarıb
Almaniya Federativ Respublikası Müdafiə Nazirliyinin rəsmi saytında verilən məlumata görə, 2007-ci ilin aprelində Əfqanıstanın Məzari-Şərif şəhərində dislokasiya olunmuş "İmmelman" 51-ci eskadriliyasına məxsus "Tornado" tipli 6 kəşfiyyat təyyarəsi Almaniyaya qaytarılmışdır. Yagel və Şlezliq-Qolşteyn hərbi aerodromunda pilotları AFR-in müdafiə naziri Karl-Teodor tsu Quttenberq və torpaq hökuməti başçısı Peter Harri Karstersen qarşılamışlar. AFR-in "Tornado" kəşfiyyat təyyarələri öz missiyalarını yerinə yetirərəkən, 4500 uçuş etmiş və bu zaman "Taliban" silahlılarının düşərgələri üzərində 50555 müxtəlif çəkilişlər etmişlər. Uçuşların üçdə iki hissəsi Əfqanıstanın şimal hissəsində Bundesverin məsuliyyət zonasında gerçəkləşdirilmişdir. Digər uçuşlar Əfqanıstanın şərq, cənub və cənub-qərb zonalarında yerinə yetirilmişdir. Alman kəşfiyyat təyyarələri Əfqanıstan ərazisindən Qərb koalisiya ölkələrinin yeni strategiyasına uyğun tərzdə çıxarılmışdır. Başlıca məqsəd Əfqanıstanın təhlükəsizlik qüvvələrinin bu ərazilərdə nəzarəti öz əllərində saxlamalarıdır. Bundan sonra bu ərazilərdə yerli hökumətin pilotsuz milli kəşfiyyat təyyarələri uçuşlar həyata keçirəcəkdir. Ancaq Almaniyaya qaytarılmış altı təyyarə lazımi anda Əfqanıstana göndəriləcəkdir.

Digər xəbərlər