PDF Oxu

Dünya

  • 801

Sarkozi ikinci müddətə prezident seçilmək niyyətinə düşüb

Sarkozi ikinci müddətə prezident seçilmək niyyətinə düşüb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Fransa prezidenti Nikolya Sarkozi ikinci müddətə prezident seçilmək üçün namizədliyini irəli sürmək niyyətinə düşmüşdür. Agentlik məlumatı "Xalq Hərəkatı Uğrunda Birlik" (UMP) iqtidar partiyası nümayəndələrindən almışdır. İqtidar partiyası parlament təmsilçilərinin dediklərinə görə, onlarla görüşü zamanı N.Sarkozi "ikinci müddətə" Yelisey Sarayında qalmaq istədiyini bəyan etmişdi. Bu zaman N.Sarkozi prezident səlahiyyəti müddətinin başa çatması dövrünü "şirin həyat" kimi xarakterizə etmişdir. Bir qədər sonra Yelisey Sarayı nümayəndəsi rəsmi bəyanat vermişdir ki, N.Sarkozi nəzəri cəhətdən ikinci müddətə prezident qala biləcəyini nəzərdə tutmuşdur. N.Sarkozi 2007-ci ildə Fransa prezidenti seçilmişdir və rəsmi surətdə növbəti seçkilərdə iştirak edəcəyi haqda bəyanat verməmişdir. O, bu haqda ilin axırlarında bəyanat verəcəyini bildirmişdir. Sarkozinin keçmiş rəqibi Seqolen Ruayal növbəti prezident seçkilərində Sosialistlər Partiyasının praymerizində qalib gəlməyə cəhd edəcəyini və prezident seçkilərinə namizədliyini irəli sürəcəyini bəyan etmişdir.

Digər xəbərlər