PDF Oxu

Dünya

  • 1 170

Mərkəzi Afrika diktatoru Bokassa reabilitasiya edilib

Mərkəzi Afrika diktatoru Bokassa reabilitasiya edilib
"Frans Press" informasiya agentliyinin yazdığı məlumata görə, Mərkəzi Afrika Respublikasının prezidenti Fransua Bozize ölkənin keçmiş diktatoru Jan Bedel Bokassanın reabilitasiya olunması haqqında bəyanat vermişdir. Bu sərəncama əsasən, Bokassanın "bütün hüquqları təmin edilmişdir". Bir vaxt Bokassanın həmkarı olmuş Bozizenin dediyinə görə, onun özü də çevriliş nəticəsində hakimiyyətə gəlmişdir və bu səbəbdən də "ölkədə böyük qurucu kimi tanınmış" diktator Bokassa "öz millətinin oğlu" sayılır. Bazize xüsusi olaraq qeyd etmişdir ki, "Bokassa xeyli struktur işləri aparmış və biz onun yaratdıqlarını dağıtmışıq". Bununla prezident demək istəmişdir ki, Bokassa hakimiyyəti zamanı hazırda lazım olmayan bir diktatura infrastrukturu yaranmışdı. F.Bokassa hakimiyyəti 1965-ci ildə ələ keçirmişdi. 1976-cı ildə, o, özünü imperator elan etmişdir. Onun hakimiyyəti dövründə siyasi opponentlərinin qətlləri təşkil edilmişdir. Nəticədə 1979-cu ildə Bokassa hakimiyyəti devrilmişdir. Ölkədə diktatorun mühafizəçiləri tərəfindən yüz nəfərə yaxın məktəblinin qətli ilə əlaqədar üsyan qalxmışdı. Mühafizəçilər Banqidə üsyan dalğasını boğmaq istərkən, məktəblilər öldürülmüşdür. Üsyandan sonra Bokassa Fransaya qaçmışdır. 1980-cı ildə qiyabi olaraq diktatora ölüm hökmü verilmişdir. 1986-cı ildə ölkəyə qayıdan Bokassa nəzarət altına götürülmüşdür. 1993-cü ildə Bokassa azadlığa buraxılmış və 1996-cı ildə ürək tutmasından vəfat etmişdir.

Digər xəbərlər