PDF Oxu

Dünya

  • 986

Rumıniya prezidenti Moldova ilə birləşmə müddətini bəyan edib

Rumıniya prezidenti Moldova ilə birləşmə müddətini bəyan edib
Rumıniya prezidenti Trayan Besesku "Romania Libera" qəzetinə verdiyi müsahibədə belə bir bəyanat vermişdir ki, yaxın 25 il ərzində Moldova Rumıniya (eləcə də, Avropa Birliyi) tərkibinə qatıla bilər. Onun fikrincə, bu zaman sərhəd Dnestr çayından hesablanacaqdır. Rumıniya lideri hadisələrin bu cür cərəyan etməsini Ukraynanın gələcək demokratikləşməsinə müsbət təsir göstərəcək və Kiyevin Avropa Birliyinə birləşməsi məsələsi gerçəkləşəcəkdir.
T.Besesku heç bir vaxt Moldova ilə Rumıniya arasında sərhəd müqaviləsinin imzalanmayacağını bildirmişdir. Onun fikrincə, bu cür addımın atılması "Molotov-Ribbentrop paktının qanuni qüvvədə qalması demək olardı". Rumıniya prezidenti Rusiyanın öz ordusunu Pridnestrovyedə saxlamasını əsas gətirərək, Moskvaya etibar etmədiyini bildirmişdir. Üstəlik, Rusiya hərbi dəniz donanmasının 2042-ci ilədək Sevastopol bazasını arendaya götürməsi bu inamsızlığı daha da gücləndirmişdir. Rusiya tərəf də eyni dərəcədə Buxarestə etibar etmədiyini bəyan etmişdir. T.Besesku belə hesab edir ki, Rusiyanın öz qoşunlarını Pridnestrovyedən çıxarması müsbət addım kimi dəyərləndirilə bilər.
Məlum olduğu kimi, Buxarest Moldovanın Rumıniyaya birləşdirməsi ümidlərini gerçəkləşdirməkdən əl çəkmək fikrində deyil. Kişinyovda da ölkələrinin Rumıniya ilə birləşməsini arzu edənlər kifayət qədər çoxdur. Bu ideyanı dəstəkləyən partiya noyabrın 28-də keçirilən parlament seçkilərində uğur qazanmışdır.
Rumıniya konsulluğu Moldova vətəndaşlarına fəal surətdə pasport paylamaqdadır. T.Beseskunun dediyinə görə, yalnız 2010-cu il ərzində Moldova vətəndaşları 70 mindən artıq Rumıniya pasportu almışlar. Yaxın günlərdə Belts və Kaqulada konsulluq açıldıqdan sonra bu proses daha da genişləndiriləcəkdir.
1918-ci ildə Rumıniya Bessarabiyanı işğal etmişdi, 1940-cı ildə isə SSRİ həmin ərazini Ukraynanın Çernovitsk və Odessa vilayətləri ilə birlikdə geri qaytarmışdı. Buxarest bu cür ərazi itkisi ilə indiyədək razılaşa bilmir. Bu gün "Böyük Rumıniya"nın birləşdirilməsi məsələsi gündəlikdən düşmür.

Digər xəbərlər