PDF Oxu

Dünya

  • 873

Estoniyada krondan avroya keçid başlanıb

Estoniyada krondan avroya keçid başlanıb
"Delfi" qəzetinin yazdığına görə, dekabrın 1-dən etibarən Estoniyada avro pul vahidinə keçid kampaniyası başlanmışdır. Həftənin çərşənbə günündən etibarən, kron sərbəst surətdə Avropa valyutasına dəyişdirilmək imkanı qazanmışdır. Mübadilə 15,65 kronun 1 avroya dəyişdirilməsi formasında gerçəkləşdirilir. Estoniya Bankının bütün şöbələri və fəaliyyət göstərən bu keçidə hazır vəziyyətə gətirilmişdir. 2011-ci il 30 iyundan sonra isə ödəncsiz puldəyişmə yalnız məhdud miqdar bank kontorlarında həyata keçiriləcəkdir. Keçid qaydalarına əsasən, 2011-ci il yanvarın 1-dən etibarən avro Estoniyanın rəsmi valyutasına çevriləcəkdir. İlk iki həftə ərzində Estoniya vətəndaşları kronla da mal mübadiləsi etmək hüququnda olacaqlar. Estoniya avro zonasına daxil olan ilk Pribaltika ölkəsidir. Vahid avropa valyutasına keçid haqda qanun layihəsi Estoniya hökuməti tərəfindən 2010-cu ilin martında qəbul edilmişdir. Cari ilin mayında Avropa Komissiyası Estoniyanın valyuta birliyinə daxil olmasına icazə vermişdir. İyunun 17-də Avropa Birliyi bu ölkənin avro zonasına girməsinə şərait yaratmışdır. Hazırda 16 Avropa ölkəsi avro zonasına daxil olmuşdur. Slovakiya bu zonaya 2009-cu ilin 1 yanvarında girmişdir.

Digər xəbərlər