PDF Oxu

Dünya

  • 1 060

Medvedev ATƏT-i modernləşdirməyi təklif edib

Medvedev ATƏT-i modernləşdirməyi təklif edib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiya prezidenti Dmitrii Medvedev ATƏT-in Astanada keçirdiyi sammitdə belə bir bəyanat vermişdir ki, Avropa üzrə Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) öz potensialını itirdiyinə görə, modernləşdirilməyə böyük ehtiyacı var. Rusiya prezidentinin fikrincə, bu təşkilatın ehtiyatlarından səmərəli istifadə etmək üçün onun hüquqi baza və qaydalarından məqsədyönlü tərzdə istifalə etmək lazımdır. D.Medvedev üzərində müəyyən təkmilləşdirmə işləri aparıldıqdan sonra bu beynəlxalq təşkilat NATO, Avropa Birliyi, Avropa Şurası, Müstəqil Dövlətlər Birliyi və KTMT-nin qarşılıqlı əməkdaşlıq meydançasına çevrilə bilər. "Rusiya hökuməti Helsinki prinsiplərinin yeni həyatımızda praktikaya tətbiq edilməsində böyük işlər görür. Bu məqsədə nail olmaq üçün ATƏT-in forma, stil və fəaliyyətini modernləşdirmək lazımdır" deyə D.Medvedev bəyan etmişdir. Rusiya prezidenti xatırlatmışdır ki, onun təmsilçisi olduğu ölkə 2008-ci ildə bütün Avropada silahlara nəzarət edilməsini təklif etmişdi. D.Medvedev ATƏT-in bu yöndə səmərəli fəaliyyət göstərə biləcəyinə əminliyini ifadə etmişdir. ATƏT 1975-ci ildə yaradılmışdı və ona həm də Helsinki Razılaşması adı verilmişdi. ATƏT-in yaradılmasının təşəbbüsçüsü SSRİ olmuşdur. Təşkilatın başlıca məqsədi Avropada sülhü qorumaq olmuşdur. Hazırda 56 dövlət ATƏT-in üzvüdür.

Digər xəbərlər