PDF Oxu

Dünya

  • 815

Barak Obama 2013-cü ilədək məmurların əməkhaqlarını dondurmağı təklif edib

Barak Obama 2013-cü ilədək məmurların əməkhaqlarını dondurmağı təklif edib
"Nyu-York Tayms" qəzetinin yazdığına görə, ABŞ prezidenti Barak Obama 2011 və 2012-ci illərdə ölkədə fəaliyyət göstərən iki milyon məmurun əməkhaqlarının dondurulmasını təklif etmişdir. ABŞ prezidenti Ağ Evdə keçirdiyi mətbuat konfransında bu məsələ ilə əlaqədar demişdir: "Büdcə defisiti üzərində nəzarəti gücləndirmək məqsədi ilə qurban verilməsi tələb edilir və sözsüz ki, bu cür qurbanı, ilk növbədə, hökumət strukturlarında işləyən məmurlar verməlidir". B.Obama bu cür qərar qəbul etməyin onun üçün asan olmadığını bildirmiş və dövlət qulluqçularının həmişə ölkənin patriotları olduqlarını bildirərək, onları bu addımı atmağa çağırmışdır.
ABŞ prezidenti məmurlara əməkhaqlarının məhdudlaşdırılması ilə 2011-ci maliyyə ilində iki milyard dollar məbləğində qənaət etmək mümkünlüyünü vurğulamışdır. B.Obama bu işi, mütəmadi olaraq, davam etdirməklə növbəti 10 ildə 60 milyard dollar əlavə pul əldə etməyin mümkün olduğunu bildirmişdir. "Assoşieyted Press" informasiya agentliyinin məlumatına görə, əməkhaqlarının ixtisarı ABŞ Müdafiə Nazirliyinin məmurlarına aid olsa da, hərbi qulluqçulara şamil edilməyəcəkdir. B.Obamanın bu təklifi Dövlət Konqresində müzakirə ediləcəkdir. Xatırladırıq ki, bu günlərdə Konqresdə respublikaçı və demokratlar partiyası liderlərinin görüşü keçiriləcəkdir. Ölkənin bu iki nəhəng partiya liderləri noyabrın əvvəllərində Senat və Nümayəndələr Palatasında keçirilən seçkilərdən sonra qarşılıqlı əməkdaşlığın mümkünlüyünü müzakirə edəcəklər. Başlıca müzakirə mövzularından biri qənaət və büdcə xərcləri olacaqdır.
B.Obamanın təklifi Konqres üzvlərinə şamil edilməyəcəkdir. Onların əməkhaqları, əvvəllər olduğu kimi, il ərzində 174 min dollar təşkil edəcəkdir. Aprel ayında qanunvericilər il ərzində nəzərdə tutulan 1600 dollar avtomatik gəlirdən imtina etmişlər. ABŞ prezidentinin əməkhaqqı 2001-ci ilin yanvarından etibarən artırılmır və il ərzində 400 min dollar təşkil edir.

Digər xəbərlər