PDF Oxu

Dünya

  • 907

Əfqanıstan polisi 6 NATO hərbi qulluqçusunu güllələyib

Əfqanıstan polisi 6 NATO hərbi qulluqçusunu güllələyib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, noyabrın 29-da Əfqanıstanda baş vermiş atışma nəticəsində NATO-nun 6 hərbi qulluqçusu həlak olmuşdur. Agentliyin anonim mənbəsinin məlumatına görə, insident Şərqi Nanqarhar əyalətində baş vermişdir. Koalisiya qüvvələrinin hərbi qulluqçularına atəşi məşq təlimləri zamanı əynində Əfqanıstanın sərhəd polisi geyimi olan şəxs açmışdır. Hadisənin təfərrüatı haqda məlumat verilmir. Həlak olanların adları və mənsub olduqları ölkələrin adı çəkilir, eləcə də, atəş açan şəxsin həqiqətən polis olub-olmamağı açıqlanmır. Agentlik yerli polis əməkdaşları və NATO hərbi qulluqçuları arasında çoxlu sayda atışmalar olduğunu bildirir. 2009-cu ilin axırlarında üç bu cür insident nəticəsində, 8 Britaniya və iki ABŞ hərbi qulluqçusu öldürülmüşdür. Hazırda Əfqanıstanda əksəriyyətini Amerikanın təşkil etdiyi 55 min NATO hərbi qulluqçusu fəaliyyət göstərmişdir. Belə ehtimal edilir ki, Əfqanıstan hökuməti 2014-cü ilədək ölkənin daxili təhlükəsizliyinə nəzarəti öz əlinə keçirəcəklər. NATO isə Əfqanıstanda "Taliban" hərəkatının tam məğlubiyyətinədək qalacaqdır.

Digər xəbərlər