PDF Oxu

Dünya

  • 865

Haitidə vəba qurbanlarının sayı 1700 nəfəri keçib

Haitidə vəba qurbanlarının sayı 1700 nəfəri keçib
"EFE" informasiya agentliyinin noyabrın 29-da ölkənin səhiyyə nazirliyinə əsaslanaraq, yaydığı məlumata görə, Haitidə vəba epidemiyasından ölənlərin sayı 1721 nəfərə çatmışdır. Bəladan daha çox Artibonite bölgəsi əziyyət çəkmişdir. Burada ölənlərin sayı 760 nəfər olmuşdur. Nord əyalətində qurbanların sayı 290, Plateau Central regionunda isə 177 nəfər olmuşdur. Nord-Ouestdə 164, Ouest əyalətində isə 285 ölüm hadisəsi qeydə alınmışdır. Onların 162 nəfəri paytaxt Port-o-Prensin payına düşür. Vəba simptomları Haitinin 10 əyalətindən yalnız birində-Nippesdə müşahidə edilməmişdir. Oktyabr ayının ortalarında 75888 nəfərdə vəba epidemiyası müşahidə edilmişdi. Onların 33485 nəfəri xəstəxanalara yerləşdirilmişdir. Bu adamların böyük əksəriyyəti sağalmışdır. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, Haitidə vəbaya yoluxanların sayı artaraq, 400 min nəfərə çatacaqdır.

Digər xəbərlər