PDF Oxu

Dünya

  • 1 025

"WikiLeaks" İran lideri Əli Xameneyinin tezliklə vəfat edəcəyini bildirib

"WikiLeaks" İran lideri Əli Xameneyinin tezliklə vəfat edəcəyini bildirib
Fransada dərc edilən "Le Monde" qəzetinin yazdığına görə, məxfi sənədlərin dərc edilməsi üzrə ixtisaslaşmış "WikiLeaks" saytı Amerika diplomatının məxfi yazışmasını açıqlamışdır. Orada deyilir ki, İranın dini lideri ayətullah Əli Xameneyidə leykemiya xəstəliyi aşkar edilmişdir. Adı açıqlanmayan diplomatın dediyinə görə, o, bu məlumatı Mərkəzi Asiya sahibkarlarından birindən eşitmişdir. Biznesmenə isə Ə.Xameneyinin xəstəliyi haqda İranın keçmiş prezidenti Əli Əkbər Rəfsəncani məlumat vermişdir. Keçmiş prezidentin dediyinə görə, bundan sonra Ə.Xameneyi cəmi bir neçə ay yaşayacaq. Ə.Ə.Rəfsəncani hazırkı İran prezidenti Mahmud Əhmədinejadı ona görə tənqid etməkdən əl çəkmişdir ki, ali dini liderin vəfatından sonra onun yerini özü tutsun. Diplomatın məxfi məktubu 2009-cu il avqust tarixi ilə imzalanmışdır. 2009-cu ilin oktyabrında İranın kütləvi informasiya vasitələrində Ə.Xameneyinin vəfatı haqda məlumatlar dərc edilmişdir. Hökumət nümayəndələri isə məlumatın müxalifət tərəfindən yayımlandığını bəyan etmişdi.

Digər xəbərlər