PDF Oxu

Dünya

  • 969

Ukrayna prezidenti Qolodomoru “əsil Armageddon" adlandırıb

Ukrayna prezidenti Qolodomoru “əsil Armageddon" adlandırıb
Ukrayna prezidenti Viktor Yanukoviç Qolodomor qurbanlarının xatirəsi günündə etdiyi çıxışı zamanı həmin hadisəni "əsil Armageddon" adlandırmışdır. Bu məlumat Ukrayna prezidentinin dövlət saytında yerləşdirilmişdir. Saytda deyilir: "1932-1933-cü illərdə baş vermiş faciəni, hətta bu gün də dərk etmək çox çətindir. İnsanların aclıqdan insani xüsusiyyətlərini itirmələri əsil Armageddon idi. Bu, əsil milli faciə idi və milyonlarla ukraynalı onu unutmayacaq". V.Yanukoviç qeyd etmişdir ki, Ukraynada müstəqillik elan edildikdən sonra Qolodomor qurbanlarının xatirəsi əbədiləşdirilmişdir və bu zaman çəkilən xərclər dövlət tərəfindən ödənilmişdir. Ukrayna prezidenti bundan sonra ölkə tarixində bu cür addımların atılmaması üçün əlindən gələni edəcəyini vəd etmişdir. Xatırladırıq ki, V.Yanukoviç 2010-cu ilin fevralında ölkə prezidenti seçildikdən sonra Qolodomor məsələsində Viktor Yuşşenkonun mövqeyinə yaxın mövqe tutmaqda idi. Aprelin axırlarında V.Yanukoviç AŞPA sessiyasında çıxış edərkən Qolodomor faciəsinin Stalin totalitar rejiminin nəticəsi olduğunu qeyd etmişdir. Armageddon müasir Hayfa yaxınlarında yerləşən ərazidir. İohann Boqoslavın vəhylərinə görə, bu ad altında Məhşər Günündə xeyir və şər qüvvələri arasında gedən son döyüşün olacağı nəzərdə tutulur.

Digər xəbərlər