PDF Oxu

Dünya

  • 859

İranın nüvə fizikası mütəxəssisinin avtomobili partladılıb

İranın nüvə fizikası mütəxəssisinin avtomobili partladılıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, noyabrın 29-da Tehranda törədilmiş iki sui-qəsd nəticəsində İranın nüvə fizikası mütəxəssisi həlak olmuş, onun həmkarı isə yaralanmışdır. Agentliyin məlumatına görə, alimlər iş yerlərinə gedərkən, motosiklçilər onların avtomobillərinə yaxınlaşmış və üzərlərinə partlayıcı qurğu bərkitmişlər. İnsident iki müxtəlif məkanda baş vermişdir. Partlayışlardan birində Məcid Şəhriyari həlak olmuş, ikincisində isə Fereydun Abbasi yaralanmışdır. Həmin vaxt avtomobillərdə olan alimlərin arvadları da bədən xəsarəti almışlar. İranın dövlət televiziyasının verdiyi məlumata görə, ölkənin görkəmli professorlarına qarşı terror aktlarını sionist qüvvələri həyata keçirmişdir. "İrna" agentliyinin məlumatına görə, Məcid Şəhriyari Tehranın Behişti Universitetinin nüvə şöbəsinin mühəndisi olmuşdur. "Məşriq Nyus" saytının məlumatına görə, F.Abbasi İran Müdafiə Nazirliyində nüvə fizikası sahəsində çalışmış və elmlər doktoru dərəcəsinə nail olmuşdur. 2010-cu ilin yanvarında baş vermiş partlayış nəticəsində nüvə fizikası sahəsində fəaliyyət göstərən Məsud Əli Məhəmməd adlı alim həlak olmuşdur. Həmin vaxt da partlayıcı qurğunu alimin avtomobilinə motosiklçi bərkitmişdi.

Digər xəbərlər