PDF Oxu

Dünya

  • 1 086

Minsk Karakas və Bakı arasında loqistik kompaniya yaradacaq

Minsk Karakas və Bakı arasında loqistik kompaniya yaradacaq
"Regnum" informasiya agentliyinin yaydığı məlumata görə, Belarus, Azərbaycan və Venesuela başlıca məqsədləri neft daşınması ilə əlaqədar işbirliyi olan birgə loqistik kompaniya yaratmağa hazırlaşırlar. Hazırda Belarus ölkədaxili neft ehtiyacının böyük hissəsini Rusiyadan alır. Ancaq Aleksandr Lukaşenko Rusiyadan neft ixracını dayandırmaq niyyətindədir. Minsk Venesueladan yaxın bir neçə il ərzində illik miqdarı on milyon ton təşkil edəcək neft ixrac etmək istəyir. A.Lukaşenko Venesueladan alınan nefti istehsal etmək üçün Azərbaycan neft kompaniyalarına göndərəcəkdir. Bundan sonra hazır neft Azərbaycandan Odessaya göndəriləcək və oradan da Mozır neft borusu vasitəsilə Belarusa ötürüləcəkdir. Bir müddət əvvəl, Belarus Ukrayna rəhbərliyi ilə danışıq apararaq, Odessa-Brodı neft-boru kəmərindən faydalanmaq istəmişdir. Bu çoxtərəfli danışıqlara əsasən, Belarusa neft qoyuluşu 2011-ci ildən başlanacaqdır. Odessa-Brodı neft kəməri vasitəsilə neftin axıdılması məsələsi sonradan müzakirə ediləcəkdir. Minskin Rusiya neftindən imtina etməsinin başlıca səbəbi qiymətlərin çox baha olmasıdır. Belarus, Azərbaycan və Venesuela öz aralarında danışıqlar apararaq, alternativ qaz mənbələrinin açılması məsələsini də gündəliyə gətirəcəklər.

Digər xəbərlər