PDF Oxu

Dünya

  • 779

Braziliya polisi Rio-de-Janeyroda narkomafiya əleyhinə əməliyyat keçirib

Braziliya polisi Rio-de-Janeyroda narkomafiya əleyhinə əməliyyat keçirib
"Estadao" nəşrinin yaydığı məlumata görə, hərbçilərin dəstəyinə arxalanan Braziliya polisi Rio-de-Janeyronun kriminal rayonlarından birində genişmiqyaslı əməliyyat keçirmişdir. Bundan sonra güc strukturları cinayətkarların möhkəmlənmiş olduqları Vila-Kruzeyru bölgəsini öz nəzarətləri altına götürmüşlər. Vila-Kruzeyru Penya rayonuna daxildir. Digər ərazilərin banditləri sıxışdırılıb bu əraziyə doldurulmuşdu. Cinayətkarlar küçələrdə yandırılmış avtomobillərdən barrikadalar düzəltmiş və onlara yaxınlaşan güc strukturlarını atəşlə qarşılamışlar. Uzun sürən atışmadan sonra polis banditləri sıxışdırıb ərazidən çıxarmışdır. Şəhərin digər bölgəsinə çəkilmiş qanqsterlər burada hakimiyyətə müqavimət göstərmək niyyətindədir. Əməliyyatda 430 nəfərədək polis əməkdaşı və hərbçi, o cümlədən, Braziliya hərbi-dəniz qüvvələrinin zirehli maşınları və tankları iştirak etmişdir. Polis rəhbərliyinin məlumatına görə, banditlərlə mübarizə ərazilər nəzarət altına götürülənədək davam etdiriləcəkdir. "Frans Press" informasiya agentliyinin məlumatına görə, atışma zamanı 30 nəfərədək adam öldürülmüşdür. Öldürülənlərin kim olmaları haqda açıqlama verilmir. Hazırda Braziliya paytaxtında polislərlə banditlər arasında atışma davam edir. Polis belə hesab edir ki, banditlərin sığındığı yerlərdə on illər ərzində narkomafiya hökmranlıq edir.

Digər xəbərlər