PDF Oxu

Dünya

  • 931

Fransa konsulu Honkonqdan geri çağırılıb

Fransa konsulu Honkonqdan geri çağırılıb
"Frans Press" informasiya agentliyinin noyabrın 26-da yaydığı məlumata görə, Fransanın Honkonq və Makaodakı baş konsulu xidməti vəzifəsindən çıxarılaraq, vətənə qaytarılmışdır. Konsulluğun mətbuat katibinin dediyinə görə, Mark Fonbastye noyabrın 22-də Parisə uçmuşdur. Fransanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bernar Valeronun dediyinə görə, Parisə çağırılan baş konsul M.Fonbastyedən tələb edilmişdir ki, "davranışları Fransa diplomatı adı ilə müvafiq gəlməməsi səbəbindən, Honkonqu tərk etsin". 46 yaşlı diplomatın məhz nədə ittiham edildiyi haqqında başqa məlumat verilmir. M.Fonbastye Honkonq və Makaoda Fransa baş konsulluğuna 2009-cu ildə rəhbərlik edir. Honkonq və Makao 60 kilometr bir-birinnən aralıda yerləşir və Çinin tərkibinə daxildir.

Digər xəbərlər