PDF Oxu

Dünya

  • 1 550

Almaniya “Yaşıllar” Partiyasının üzvləri rekord həddədək artıb

Almaniya “Yaşıllar” Partiyasının üzvləri rekord həddədək artıb
"Şpigel" qəzetinin məlumatına görə, Almaniya "Yaşıllar" Partiyası öz üzvlərinin sayını rekord həddədək artırmağa nail olmuşdur. Noyabrın 25-nə olan məlumata görə, bu partiya üzvlərinin sayı 51822 nəfərə çatmışdır. "Yaşıllar"ın parlament fraksiyasının katibi Şteffi Lemkenin dediyinə görə, partiyaya üzv olanların çoxluğu ucbatından "qapılarımızı, faktik olaraq, bağlamırıq". 19-21 noyabrda Frayburqda partiyanın 32-ci konfransı keçirilərkən, 500 nəfər partiyaya üzv olmaq üçün ərizə təqdim etmişdir. Tədbirdə "Yaşıllar" üzvlərinin sayına görə, ölkədə "xalq partiyası" hesab edilən Almaniya Sosial-Demokrat Partiyasına yaxınlaşmışdır. Berlin və Baden-Vyurtemberqdə "Yaşıllar"ın sayı sosial-demokratları keçmişdir. "Yaşıllar" partiyasının yaş tərkibində də dəyişiklik yaranmışdır. Hazırda "Yaşıllar"ın orta yaş həddi 38 olmaqla əvvəllər olduğundan on il az olmuşdur.

Digər xəbərlər