PDF Oxu

Dünya

  • 828

Yunanıstan radikalları Angela Merkelə qarşı sui-qəsd törətmək istədiklərini etiraf ediblər

Yunanıstan radikalları Angela Merkelə qarşı sui-qəsd törətmək istədiklərini etiraf ediblər
"Şpigel" qəzetinin yazdığına görə, Yunanıstanın "Odlu özək sui-qəsdçiləri" sol radikal qruplaşması xarici ölkələrin nümayəndəliklərinin partladılması ilə əlaqədar yayılan xəbərlərin doğruluğunu təsdiq etmişdir. Qruplaşma üzvlərinin dediklərinə görə, onlar noyabrın 2-də AFR federal kanslerinin binasını partlatmaq haqda plan hazırlamışdılar. Qruplaşma üzvlərinin internetə yerləşdirmiş olduqları 13 səhifəlik bəyanat onların niyyətlərinin doğruluğuna dəlalət edir. Onlar etiraf etmişlər ki, bu və ya digər ölkə nümayəndəlikləri və fərdi kompaniyalara içərisində partlayıcı maddələr olan bağlamalar göndərmişlər və bundan sonra da göndərməyi planlaşdırırlar. Radikallar qruplaşma üzvlərinin polis tərəfindən həbs edilməsinə məhz bu cür etiraz etdiklərini bildirirlər. Noyabrın 2-də AFR kansleri idarəsinin poçt şöbəsi ənənəvi yoxlama zamanı bağlamada partlayıcı qurğu aşkar etmişdir. "Bağlamanı göndərən" qrifində Yunanıstan İqtisadiyyat Nazirliyi sözləri yazılmışdı. Hadisə yerinə dərhal polis əməkdaşları, kriminalçı-ekspertlər və sapyorlar gəlmişlər. Bina bir neçə saatlığına mühasirəyə alınmışdır. Belə məlumat verilmişdir ki, bağlama su topu qurğusu vasitəsilə partladılmışdır. Bağlamada əldəqayırma partlayıcı qurğu və içərisinə barıt doldurulmuş boru olmuşdur. Bağlama şəxsən, həmin vaxt Belçikada rəsmi səfərdə olan Angela Merkelə ünvanlanmışdır.

Digər xəbərlər