PDF Oxu

Dünya

  • 919

Saakaşvili Moldovanın ali mükafatına layiq görülüb

Saakaşvili Moldovanın ali mükafatına layiq görülüb
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Gürcüstan prezidenti Mixail Saakaşvili Kişinyovda rəsmi səfərdə olarkən, Moldovanın ən yüksək mükafatı olan "Respublika Ordeni"nə layiq görülmüşdür. Mükafatı Moldova prezidenti səlahiyyətlərinin müvəqqəti icraçısı Mixay Gimpu təqdim etmişdir. Gürcüstan prezidenti M.Saakaşvili bu mükafatı "İki ölkə arasında dostluq münasibətlərinin inkişafına" və son vaxtlar Gürcüstanın Moldovada baş vermiş daşqın zamanı etdiyi yardıma görə almışdır. Xatırladırıq ki, Gürcüstan prezidenti Moldovada baş vermiş təbii fəlakət zamanı bu ölkəyə zərər çəkmiş şəxslər üçün yaşayış sahələrinin tikilməsi üçün tikinti materialları göndərmişdir. Moldovada təsis edilmiş "Respublika Ordeni" Moldova və bəşəriyyətin xeyirinə göstərilən yardıma görə təqdim edilir. M.Saakaşvili Moldovaya bu ölkədə keçiriləcək noyabr parlament seçkiləri ərəfəsində gəlmişdir. M.Saakaşvili "GHN" agentliyinə verdiyi müsahibədə bildirmişdir ki, Moldova Avropaya inteqrasiya olunmaq üçün uğurlu inkişaf göstəricilərinə malikdir. Xatırladırıq ki, Moldova Avropa Birliyi tərkibinə qatılmaq üçün müraciət etmək niyyətindədir.

Digər xəbərlər