PDF Oxu

Dünya

  • 932

Putin Avropaya Vladivostokdan Lissabonadək iqtisadi alyans yaratmağı təklif edib

Putin Avropaya Vladivostokdan Lissabonadək iqtisadi alyans yaratmağı təklif edib
Almaniyanın "Sueddoyç Zaytunq" qəzetinin yazdığına görə, Rusiyanın baş naziri Vladimir Putin Avropaya Vladivostokdan Lissabonadək olan geniş ərazidə iqtisadi alyans yaratmağı təklif etmişdir. Rusiya prezidenti qəzetdə dərc etdirdiyi məqaləsində göstərir ki, böhran Avropa Birliyi və Rusiya iqtisadiyyatının bir-biri ilə əlaqəli olduğunu bildirmişdir. O, yazır ki, Rusiya mal mübadiləsi bazarından asılıdır. V.Putin belə hesab edir ki,Avropanın mənfi cəhətlərindən biri onun iqtisadiyyatının sənayesizləşdirilməsidir. Rusiyanın baş naziri bu cür mövqenin Avropa Birliyini bazarlardan məhrum etdiyini bildirir. Onun fikrincə, vəziyəti dəyişmək üçün həm Rusiya, həm də Avropa Birliyi iqtisadi sistemlərinin müsbət cəhətlərindən yararlanmaq lazımdır. V.Putin Rusiyanın Avropaya investisiya kapitalı və yeni texnologiya göndərmək imkanı olduğunu bildirmşdir. O, qeyd etmişdir ki, Rusiya öz vətəndaşlarının qabiliyyətlərindən yararlanmaqda fəxr edən bir ölkədir. V.Putin belə hesab edir ki, alyansın yaradılması üçün ilk addım Avropa Birliyinin Rusiyanı Ümumdünya Ticarət Təşkilatına buraxmasıdır. Rusiyanın baş naziri ölkə sənayelərinin ümumi idarəetmə sistemindən yararlanmalarını vacib amil hesab etmişdir. V.Putin Rusiyanın öz iqtisadiyyatını Avropa texnologiyası əsasında modernləşdirmək istəyini bəyan etmişdir.

Digər xəbərlər