PDF Oxu

Dünya

  • 1 121

Nuri əl-Maliki yenidən İraqın baş naziri oldu

Nuri əl-Maliki yenidən İraqın baş naziri oldu
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İraqın yeni hökumətinə iqtidarda olan baş nazir Nuri əl-Maliki başçılıq edəcəkdir. İraq prezidenti Cəlal Tələbani bu vəzifəni icra etməyi ondan xahiş etmişdir. Nuri əl-Maliki 30 gün ərzində yeni hökuməti formalaşdıracaqdır. Hökumətin tərkibi bu ilin martın 7-də keçirilmiş parlament seçkilərində mandat almış partiya nümayəndələrindən təşkil ediləcəkdir. Yeni seçilmiş baş nazir ölkədə siyasi böhranın qarşısını almaq üçün bütün partiya nümayəndələrindən istifadə etməyə çalışacaqdır. İraq hökuməti yeni baş naziri seçmək üçün yarım il gözləməklə siyasət sahəsində "dünya rekordu" qazanmışdır. Parlament seçkilərində Nuri əl-Malikinin başçılıq etdiyi "Qanun Dövləti" koalisiyası baş nazir müavini İyad Əlləvinin "İraqiyyə" blokuna güzəştə gedərək 2-ci yeri tutmuşdur, buna baxmayaraq, Nuri əl-Maliki ölkənin digər siyasi partiyaların dəstəyini qazanmağa nail olmuşdur. Hökumətin təşkili haqda razılaşma noyabrın 10-da baş tutmuşdur. İraq prezidenti, hökumət başçısı və parlament spikeri, müvafiq olaraq, kürd, şiə və sünni təmsilçilərindən ibarətdir.

Digər xəbərlər