PDF Oxu

Dünya

  • 1 019

Əfqanıstanda taliblər Bundesverin zirehli avtomobilini məhv ediblər

Əfqanıstanda taliblər Bundesverin zirehli avtomobilini məhv ediblər
"DAPD" informasiya agentliyinin yaydığı məlumata görə, Əfqanıstanın şimalında "Taliban" hərəkatı döyüşçüləri Bundesverin "Fennek" markalı zirehli avtomobilini partlatmışlar. Avtomobildə olan üç nəfər yaralı hospitala çatdırılmışdır. Onların həyatı təhlükədən uzaqdır. Bundesverin rəsmi saytında yerləşdirilən məlumata görə, hadisə noyabrın 22-də yerli vaxtla saat 06.48 dəqiqədə baş vermişdir. Bundesverə məxsus zirehli avtomobil Qunduz şəhərindən taliblərin möhkəmləndikləri Çahardərə istiqamətində hərəkət edirdi. Avtomobil ciddi xəsarət almışdır. Əsgərlərin sağ qalmalarının səbəbi xəsarət almış avtomobildən çıxaraq yaxınlıqda gizlənmələri olmuşdur. Almaniya Federativ Respublikası hökuməti bundan sonra da NATO-nun Əfqanıstandakı strategiyasını dəstəkləyəcəyini bəyan etmişdir. Noyabrın əvvəllərində Çahardərə əyalətində Bundesver əsgərlərinin səyi ilə blokpost inşa edilmişdir. Həmin gün taliblər 4 gün ərzində Bundesver əsgərlərini atəş altında saxlamışdılar. Həmin gün NATO təyyarələri 8 "Taliban" hərəkatı döyüşçüsünü məhv etmişdir.

Digər xəbərlər