PDF Oxu

Dünya

  • 1 108

Düşənbədə ən yüksək bayraq ucaldılacaq

Düşənbədə ən yüksək bayraq ucaldılacaq
"Aziya-Plyus" informasiya agentliyinin yaydığı məlumata görə, Tacikistanın paytaxtı Düşənbə şəhərində dünyada ən yüksək bayraq ucaldılacaqdır. Bayrağın hündürlüyü 165 metr olacaqdır. Noyabrın 24-də Tacikistanda bayraq günü bayramının qeyd edilməsi ilə əlaqədar, yeni binanın bünövrəsinə kapsul qoyulmuşdur. Bünövrənin qoyulmasında ölkə prezidenti İmaməli Rəhman iştirak etmişdir. Bayraq 2011-ci ilin martında paytaxtın Milli Sarayın yaxınlığında ucaldılacaqdır. Bayrağın eni 30, uzunluğu isə 60 metr olacaqdır. Tikinti-montaj işlərini "Trident Sipport" kompaniyası aparacaqdır. Hazırda dünyada ən uca bayraq hündürlüyü 162 metr olan Bakıda ucaldılmış Azərbaycan bayrağıdır.

Digər xəbərlər