PDF Oxu

Dünya

  • 967

Medvedev Rusiya siyasətində durğunluq müşahidə edib

Medvedev Rusiya siyasətində durğunluq müşahidə edib
Rusiya prezidenti Dmitri Medvedev özünün Kreml saytındakı videobloqunda yerləşdirdiyi yazısını Rusiya Federasiyasının siyasi həyatına həsr etmişdir. O, diqqəti bir məsələyə cəlb etmişdir ki, son vaxtlar Rusiyanın siyasi həyatında "sabitliyin staqnasiya faktoruna çevrilməsi təhlükəsi" və durğunluq şəraiti yaranmışdır. D.Medvedevin fikrincə, Rusiya müxalifətinin uğur şansları sıfır həddinə çatdığından, onlar özlərini marginal tərzdə aparmağa başlayırlar. "Bu məqsədlə biz diqqəti siyasi rəqabət səviyyəsinin yüksəlməsinin vacibliyinə yönəltməyə cəhd edirik. Biz elə düşünürük ki, siyasi əksəriyyət statik yox, dinamik olmalı və özünü icra hakimiyyətinin əlavəsi kimi aparmamalıdır. İstənilən siyasi konfiqurasiya elə olmalıdır ki, hətta ən kiçik sosial qrupların da səsləri eşidilməlidir. Bu konfiqurasiyanın ideallığı o həddə çatmalıdır ki, hətta bir insanın da səsi eşidilmiş olsun" deyə Rusiya prezidenti öz videobloqunda bildirir. D.Medvedev qanunvericilik sahəsində islahatlar aparılması təşəbbüsündən də danışmışdır. O, seçki qanunvericiliyinə dəyişiklik edilməsini, regional parlamentlərə səsvermə sisteminin təkmilləşdirilməsini və müxalifətin Dövlət Dumasının yığıncaqlarında iştirakını vacib hal kimi qiymətləndirmişdir. Hazırda yerli parlament seçkilərində əksər namizədlər iqtidarda olan "Vahid Rusiya" Partiyasının üzərinə düşür. Bu zaman rəhbər postların namizədlərini ölkənin baş naziri Vladimir Putin müəyyənləşdirir.

Digər xəbərlər