PDF Oxu

Dünya

  • 1 140

Fidel Kastro Barak Obamanı “ilanoynadan əfsunçu" adlandırıb

Fidel Kastro Barak Obamanı “ilanoynadan əfsunçu" adlandırıb
Kuba lideri Fidel Kastro noyabrın 22-də dərc etdirdiyi məqaləsində ABŞ prezidenti Barak Obamanı "ilanoynadan əfsunçu", Əfqanıstan müharibəsini isə "qırğın" adlandırmışdır. Məqalə NATO-nun yaxın günlərdə Portuqaliyada keçirilən sammitinə cavab kimi qələmə alınmış və "Cuba Debate" saytında dərc edilmişdir. 84 yaşlı F.Kastro B.Obamanın sammitdə səsləndirdiyi planlara şübhə ilə yanaşdığını bildirmiş və 2014-cü ildə bu ölkədə koalisiya qüvvələrinin nəzarəti hökumət rəhbərliyinə təhvil verəcəyinə şübhə ilə yanaşdığını bəyan etmişdir. Kuba lideri belə hesab edir ki, NATO əvvəl-axır uduzaraq, ölkəni "Əfqanıstan müqavimət hərəkatına" güzəştə gedəcəkdir. F.Kastro Şimali Atlantika Alyansını "işğalçı qurum" adlandırmış və "yemək, yaşayış sahəsi və iş yeri tapmayan milyonlarla" əhaliyə zülm etdiyini bildirmişdir. F.Kastro öz məqaləsində Amerika tərəfindən istifadə edilən NATO-nu "yırtıcı quş" adlandırıb, "Əfqanıstanda qırğın müharibəsi" törətdiyini vurğulamışdır. Kuba lideri belə hesab edir ki, hazırda ABŞ "ictimai fikri çaşdırmaq məqsədilə" özünün "nəhəng tibb resurslarından" istifadə etməyə məcbur olduğunu və bununla da mürəkkəb vəziyyətə düşdüyünü bildirir. "Artıq Obama etiraf etmişdir ki, Amerika əsgərlərinin Əfqanıstandan çıxarılması təxirə salınmalıdır... B.Obama Nobel mükafatı aldıqdan sonra özünə "Ən mahir ilanoynadan əfsunçu" titulu da verə bilər" deyə F.Kastro bildirmişdir.

Digər xəbərlər