PDF Oxu

Dünya

  • 970

Saakaşvili 200 nəfərdən çox məhbusu əfv edib

Saakaşvili 200 nəfərdən çox məhbusu əfv edib
"Novosti-Qruziya" informasiya agentliyinin yaydığı məlumata görə, Gürcüstan prezidenti Mixail Saakaşvili noyabrın 23-də qeyd edilən Müqəddəs Georgi Günü və "qızılgül inqilabı"nın ildönümü ilə əlaqədar 200 nəfərdən çox məhbusu əfv etmişdir. 182 məhbus dərhal azadlığa buraxılacaq, bir çoxlarının isə həbs müddəti ixtisar ediləcəkdir. Cəzaların icrası nazirliyi belə bir bəyanat vermişdir ki, günün axırına kimi məhbuslar evlərində olacaqdır. 2009-cu il 23 noyabrda 156 məhbus əfv edilmişdir. Hazırda Gürcüstan həbsxanalarında 20 min nəfərədək məhbus saxlanılır. Son vaxtlar Gürcüstan hökuməti cəzaların icrası sisteminin liberallaşması sahəsində müəyyən addımlar atmışdır. Həbsxanalar nəzdində xüsusi mehmanxanalar tikiləcək və burada məhbuslar öz qohumları ilə görüşə biləcək. İnternet vasitəsi ilə də videogörüşlərə icazə verilməsi nəzərdə tutulur.

Digər xəbərlər