PDF Oxu

Dünya

  • 1 034

Haitidə vəba epidemiyası qurbanlarının sayı 1300 nəfəri aşıb

Haitidə vəba epidemiyası qurbanlarının sayı 1300 nəfəri aşıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Haitidə vəba epidemiyası nəticəsində ölənlərin sayı 1344 nəfərə çatmışdır. Məlumata görə, xəstəxanalarda vəba iltihabı ilə müalicə edilənlərin sayı 23 min nəfərdən artıqdır. Həkimlər xəstələrin 57 min nəfərində vəba epidemiyası əlamətlərinin olduğunu təsdiq etmişdir. Xəstəliyə yoluxanların əksəriyyəti ölkənin şimal bölgəsinin payına düşür. Xatırladırıq ki, oktyabrın axırlarında ilk vəba partlayışı məhz bu ərazidə baş vermişdir. Haitinin paytaxtı Port-Prensdə vəba epidemiyasından ölənlərin sayı 77 nəfərə çatmışdır. Noyabrın 17-də ilk vəba epidemiyasının ABŞ-ın Florida ştatında müşahidə edildiyi məlum olmuşdur. Xəstəlik Haitidən qayıtmış qadında aşkar edilmişdir. Noyabrın 15-də Haitinin Kap-Aityen şəhərində BMT sülhməramlıları ilə baş vermiş qarşıdurma zamanı 3 nəfər şəhər sakini həlak olmuşdur. Etirazçı əhalidə belə bir fikir yaranmışdır ki, vəba epidemiyasını məhz BMT sülhməramlıları yaymışlar. Xatırladırıq ki, bu ilin yanvarında Haitidə baş vermiş dəhşətli zəlzələ nəticəsində 300 min nəfərdən çox ölkə sakini həlak olmuşdur. O vaxtdan etibarən minlərlə ölkə sakini çadır düşərgələrində yaşamaqdadır.

Digər xəbərlər