PDF Oxu

Dünya

  • 1 087

İsrail Misir sərhədində barı tikintisinə başlandı

İsrail Misir sərhədində barı tikintisinə başlandı
The Yerusalim Post" qəzetinin yazdığına görə, noyabrın 22-sindən İsrail Misir sərhədi boyunca barı tikintisinə başlanıb. "Haaretz" qəzeti isə tikintinin eyni vaxtda bir neçə yerdə başlandığını bildirir. İsrailin kütləvi informasiya vasitələri sərhəd baryerinin Eylat və Rafah məntəqələrində inşa ediləcəyini xəbər verir. Layihənin başlıca məqsədi Misir vasitəsilə bir çox Afrika ölkələrinin qeyri-leqal mühacirlərinin İsrailə gəlməsinin qarşısını almaqdır. Elektron sistemləri ilə tənzimlənəcək baryerin ümumi dəyəri 1,35 milyard şekel (370 milyon dollara yaxın) məbləğində olacaqdır. "The Yerusalim Post" qəzetinin yazdığına görə, tikinti bir il ərzində başa çatacaqdır. Barının uzunluğu 266 kilometr olacaqdır. Bu layihə İsrail hökuməti tərəfindən cari ilin yanvarında təsdiq edilmişdi. Həmin vaxt İsrail polisi Misir ərazisi vasitəsilə ölkəyə 800 min nəfərə yaxın qeyri-leqal mühacirlərin daxil olduğunu bildirmişdir. İsrailin Daxili İşlər Nazirliyi hər ay ölkəyə orta hesabla 1100 qeyri-leqal mühacirin gəldiyini xəbər verirdi. 2009-cu ildə bu rəqəm ay ərzində 350 nəfəri təşkil edirdi.

Digər xəbərlər