PDF Oxu

Dünya

  • 978

KXDR-də Amerika aliminə yeni nüvə zavodu göstərilib

KXDR-də Amerika aliminə yeni nüvə zavodu göstərilib
"The Nyu-York Tayms" qəzetinin yazdığına görə, Şimali Koreyanın hakimiyyət dairələri ötən həftə Amerika alimi Ziqfrid Hekerə uranın zənginləşdirilməsi üzrə yeni böyük zavodu göstərmişlər. Qəzetə verdiyi müsahibədə alim zavodun yüksək səviyyədə təchizatından həyəcanlandığını bildirmişdir. KXDR nümayəndələri bu zavoda 2 minə yaxın sentrifuqun uranı zənginləşdirdiyini bəyan etmişdir. Əvvəllər Los-Alamosdakı Milli Laboratoriyaya rəhbərlik edən Z.Heker müasir idarəetmə sistemləri vasitəsilə "yüzlərlə sentrifuqun ultramüasirliyinin" təsvirini vermişdir. Qəzet yazır ki, zavod qısa müddət ərzində tikilib istifadəyə verilmişdi: hələ 2009-cu ilin aprelində zavodun heç bünövrəsi də yox idi və ölkə rəhbərliyi beynəlxalq nüvə müşahidəçilərini KXDR-dən qovub çıxarmışdı. "The Nyu-York Tayms" qəzeti isə yazır ki, Pxenyana xaricdən yardım edilmiş və bununla da, BMT sanksiyalarına əməl edilməmişdir. Z.Hekerin dediyinə görə, Şimali Koreya rəhbərliyi 2012-ci ildə yüngül su ilə işləyəcək eksperimental nüvə reaktorunun yaradılması gerçəkləşdiriləcəkdir. Bu fikri Koreya İqtisad İnstitutunun rəhbəri Cek Pritçard da təsdiq etmişdir. O, Yonbyondakı elmi-tədqiqat nüvə mərkəzində olmuş və reaktorun tikintisini öz gözləri ilə müşahidə etmişdir.

Digər xəbərlər