PDF Oxu

Dünya

  • 826

"Hizbullah"ın Həririnin qətlində iştirakı sübuta yetirilib

"Hizbullah"ın Həririnin qətlində iştirakı sübuta yetirilib
"CBC" Kanada teleradio korporasiyası Livanın keçmiş baş naziri Rafiq Həririnin qətli ilə bağlı öz təhqiqatını dərc etdirmişdir. Sənəddə BMT beynəlxalq komissiyasının əldə etmiş olduğu məxfi materiallara istinad edilmişdir. Bu məlumata görə, BMT müstəntiqləri nəzərdə tutulmuş qatillər komandasının telefon əlaqələrinin dəqiq sxemini qurmuşlar. Bu sxemdə qatillərin bir-biriləri ilə telefon əlaqələri, "Hizbullah"ın ofisinə ötürdükləri məlumatlar və Livanın bəzi çinovnikləri ilə danışıqları öz əksini tapmışdır. Aydın olmuşdur ki, sxemin qurulmasında daha çox fəallıq göstərmiş Livan polis əməkdaşı Visam Eyt qətlə yetirilmişdir. "CBC" Kanada teleradio korporasiyasının məlumata görə, R.Həririnin sui-qəsdinin təşkilini qətl protokolunun tərtibçi şefi Visam Hasan gerçəkləşdirmişdir. Qətl günü bu şəxs baş nazirin kortejində olmaq əvəzinə, öz dediyinə görə, telefonu söndürüb "imtahana hazırlaşmaq üçün" evində oturmuşdur. Müstəntiqlərin dediklərinə görə, R.Həriri qətlə yetirilənədək, V.Hasan evindən 24 telefon zəngi etmişdir. Materialların tribunala təqdim edilməsi Livanda siyasi böhran yarada bilər. "CBC"nin məlumatına görə, "Hizbullah" öz tərəfdarlarının həbsi ilə heç cür razılaşmayacaq və lazım gələrsə, minlərlə adamı Beyrut küçələrinə çıxaracaqlar. Xatırladırıq ki, ekstremistlərin tabeçiliyi altında minlərlə döyüş qabiliyyətli insanlar var və onlar təxribata da əl ata bilərlər. "Hizbullah" lideri Hasan Nəsrullah R.Həririnin İsrail hərbçilərinin öldürdüyünü bəyan etmişdir. Livanın keçmiş baş naziri R.Həriri 2005-ci ilin fevralında qətlə yntirilmişdir. Onun avtomobilinin korteji 1 tonadək partlayıcı maddə ilə partladılmışdır.

Digər xəbərlər