PDF Oxu

Dünya

  • 818

Sara Peylin 2012-ci il seçkilərində Obamaya qalib gələcəyini bəyan edib

Sara Peylin 2012-ci il seçkilərində Obamaya qalib gələcəyini bəyan edib
Alyaskanın keçmiş qubernatoru Sara Peylin "ABC Nyus" telekanalına verdiyi müsahibədə, 2012-ci il prezident seçkilərində Barak Obamanı məğlub etmək üçün öz namizədliyini irəli sürmək məsələsi üzərində fikirləşdiyini bildirmişdir. S.Peylin hazırda "məsələni beynində saf-çürük etdiyini" və "bu addımın ailəsi və ölkəsi üçün yaxşı olub-olmayacağını başa düşməyə cəhd etdiyini" bildirir. "Obamanı sıxışdırıb çıxarmağa gücünüz çatarmı" sualına S. Peylin təsdiqedici cavab vermişdir. "Nyu-York Tayms Maqazin" qəzetinə verdiyi müsahibədə də keçmiş qubernator namizədliyini irəli sürəcəyini təsdiq etmiş və yaxınlarının onun fikri ilə razılaşdıqlarını bildirmişdir. Qəzetin məlumatına görə, S. Peylini aralıq seçkilərində 80 nəfərdən çox respublikaçı həmkarı dəstəkləmiş və həmin seçicilərin ən azı 50 nəfəri qalib olmuşdur. Bundan başqa, S.Peylin öz partiyası üçün 10 milyon dollardan çox vəsait yığmağa nail olmuşdur. "Assoşieyted Press" agentliyinin noyabrda keçirdiyi rəy sorğusunun göstəricilərinə görə, S.Peylin ən ziddiyyətli şəxs hesab edilməklə yanaşı, həm də 2012-ci il prezident seçkilərinə respublikaçıların namizədi kimi təqdim oluna bilər. Respondentlərin 49%-i keçmiş Alyaska qubernatorunu dəstəkləmiş və yalnız 46%-i əleyhinə səs vermişdir. Rəy sorğusunun nəticələrinə görə, respublikaçıları dəstəkləyən amerikalıların 79%-i S.Peylinə səs verməyə hazır olduğunu bildirmişdir. Xatırladırıq ki, 2008-ci il prezident seçkilərində S. Peylin respublikaçıların namizədi Con Makkeynlə birlikdə vitse-prezident postu uğurunda mübarizə aparmışdır.

Digər xəbərlər