PDF Oxu

Dünya

  • 1 025

Kuk Adaları parlament seçkilərində müxalifət qalib gəlib

Kuk Adaları parlament seçkilərində müxalifət qalib gəlib
"New Zealand İnternational" radiostansiyasının məlumatına görə, Kuk Adaları dövlət birliklərinin parlament seçkilərində müxalifətçilər qalib gəlmiş və Demokratlar partiyası parlamentdə qazanmış olduğu əksər səs çoxluğunu itirmişdir. Kuk Adaları Müxalifət Partiyası ölkə parlamentindəki 24 yerdən 15-ni qazanmışdır. Əvvəlki parlament seçkilərində müxalifətçilər cəmi 7 mandata malik olmuşdular. Daha iki mandatı isə müstəqil namizədlər qazanmışdılar. Kuk Adaları dövlətlər birliyinin baş naziri demokrat Cim Maruray həmkarlarının uduzacağını hələ 2010-cu il seçkilərində proqnozlaşdırmışdı. O, bu uğursuzluğu ötən il partiya daxilində baş vermiş parçalanmadan sonra yaranmış siyasi böhran kimi xarakterizə etmişdir. C.Maruray və baş nazir müavini Robert Uiqmor Demokratlar Partiyası sıralarından çıxarılsalar da, 2010-cu ilin iyununda hər ikisi geri qaytarılmış və R. Uiqmor demokratlara başçılıq etmişdir. Seçkilərin nəticələrinə görə, C.Maruray 2004-cü ildən tutmuş olduğu hökumət başçısı postunu tərk etməli olacaqdır. Belə ehtimal edilir ki, onu bu postda müxalifət lideri Henri Pun əvəz edəcəkdir. Kuk Adaları Partiyası ölkənin ən qocaman dövlət təşkilatı kimi 1964-cü ildə təşkil edilmişdir. Kuk Adaları əhalisinin ümumi miqdarı 20 min nəfərdir. Bu dövlət müstəqil olsa da, onun müdafiəsini Yeni Zelandiya hökuməti təşkil edir. Bir çox dövlətlər və eləcə də, Rusiya Kuk Adaları dövlətini beynəlxalq hüquq subyekti kimi tanımır.

Digər xəbərlər