PDF Oxu

Dünya

  • 857

İrlandiya AB-dən külli miqdarda kredit almağa razılıq verib

İrlandiya AB-dən külli miqdarda kredit almağa razılıq verib
"Bloomberq" agentliyinin məlumatına görə, İrlandiya Mərkəzi Bankının başçısı Patrik Xonoqan ölkə rəhbərliyinin Avropa Birliyinin və Beynəlxalq Valyuta Fondundan 10 milyardlarla avro məbləğində kredit almaq istədiyini bildirmişdir. Kreditin illik həcmi 5% həddində olacaqdır ki, bu da eyni vəziyyətə düşən Yunanıstanla analogiya təşkil edir. P.Xonoqanın bildirdiyinə görə, hökumətin böyük məbləğdə kredit almasının səbəbi ölkədə hər cür maliyyət təhlükəsi ilə mübarizə aparmağa hazır olan "patronların" kifayət qədər çoxluğu ilə əlaqələndirilir. Noyabrın 18-də Avropa Birliyi, Milli Valyuta Fondu və Avropa Mərkəzi Bankının nümayəndələri İrlandiya maliyyə təşkilatlarının vəziyyətləri ilə yaxından tanış olmaq üçün Dublinə uçmuşlar. İrlandiya maliyyə təşkilatlarının potensial ödənci ödəyə bilməmələri kreditin verilməsinə şübhə doğurur. Bir müddət əvvəl İrlandiyanın baş naziri Breyer Lenixan demişdir ki, AB-dən edit almaq yaxın vaxtlarda mümkün olmayacaqdır.

Digər xəbərlər