PDF Oxu

Dünya

  • 717

İraq prezidenti Tarik Əzizin ölüm hökmünü imzalamaqdan imtina edib

İraq prezidenti Tarik Əzizin ölüm hökmünü imzalamaqdan imtina edib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, İraq prezidenti Cəlal Təlabani ölkənin keçmiş baş nazirinin müavini Tarik Əzizin ölüm hökmünə imza atmaqdan imtina etmişdir. C.Təlabani demişdir ki, mövqecə sosialist olduğu üçün T.Əzizin ölüm hökmünə imza atmaq istəmir. İraq prezidenti bu mövqeyini həm də onunla əsaslandırmışdır ki, 74 yaşlı T.Əzizə münasibətdə, ilk növbədə, İraq xristianı olduğu, ikincisi isə yaşlı olduğu üçün rəğbət hissi ilə yanaşır. Səddam Hüseynin yaxın ətrafının təmsilçisi olmuş T.Əzizin əleyhinə ölüm hökmü oktyabrın 26-sında çıxarılmışdır. İraqın Ali Məhkəməsi T.Əzizi İraqın dini müxalifətinin məhvində və dini-siyasi partiya nümayəndələrinin təqib olunmasında ittiham etmişdir. Bundan əvvəl T.Əziz İraqın xarici işlər naziri postunu tutmuş və Fars körfəzində gedən müharibə zamanı S.Hüseyn cinayətkar rejimi ilə əlaqəli olduğu üçün 22 il müddətinə azadlıqdan məhrum edilmişdir. T.Əzizin edam edilməsinə Vatikan və Rusiya öz etirazını bildirmişdir. Xatırladırıq ki, 2010-cu ilin yanvarında T.Əziz İraqdakı ABŞ həbsxanasında olarkən, insult keçirmişdir.

Digər xəbərlər