PDF Oxu

Dünya

  • 981

Demokratlar ABŞ Konqresinin hər iki palatasında öz mövqelərindən geri çəkilmişlər

Demokratlar ABŞ Konqresinin hər iki palatasında öz mövqelərindən geri çəkilmişlər
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ Konqresinin aşağı palatasında demokratların lider təmsilçisi olan 70 yaşlı Nensi Pilozi partiyada öz postunu qoruyub saxlamağa nail olmuşdur. Xatırladırıq ki, o, noyabrın 2-də keçirilən partiya seçkilərində uğursuzluqla üzləşmişdi. Kapitolidə keçirilən seçkilər zamanı N.Pilozinin namizədliyi bağlı qapılar arxasında müzakirə edilərkən, onun yenidən seçilməsinə demokratların əksəriyyəti-150 nəfər səs vermişdi. Onun Şimali Karolinadan olan mühafizəkar baxışlı partiya həmkarı Xit Şuler cəmi 43 səs qazana bilmişdi. Ekspertlər X.Şulerin az səs toplamasını demokratların gələcək siyasi həyatında fikirlərinin haçalanacağına yozurdular. "Vaşinqton Post" qəzetinin yazdığına görə, ABŞ tarixində ilk spiker-qadın olan N.Pilozi uğur qazandığı səbəbindən, həm də Konqresin aşağı palatasının ilk keçmiş sədri olmuşdur. N.Pilozi, 1955-ci ildə partiya həmkarı Cozef Martinin öz spiker postunu itirməsindən sonra, son seçkilərdə öz fraksiyasının lideri olmağa nail olmuşdur. Yeni nümayəndələr palatasında respublikaçıların lideri Erik Kantor, alternativsiz liderləri isə 61 yaşlı Ohayo ştatı nümayəndəsi Con Borner olmuşdur. Xatırladırıq ki, ABŞ Konqresinin 112-ci heyəti öz rəsmi işinə 2011-ci ilin 3 yanvarında başlayacaqdır.

Digər xəbərlər