PDF Oxu

Dünya

  • 883

BMT komitəsi Rusiyanın antinasist əsasnamə layihəsini bəyənib

BMT komitəsi Rusiyanın antinasist əsasnamə layihəsini bəyənib
"RİA -Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, BMT Baş Assambleyasının Sosial və Humanitar Məsələlər üzrə Komitəsi Rusiyanın nasizmin qəhrəmanlaşdırılmasının qəbuledilməzliyi haqqında təqdim etdiyi əsasnamə layihəsini bəyənmişdir. Layihənin lehinə 118 dövlət nümayəndələri səs vermiş, ABŞ layihənin əleyhinə çıxmış, Avropa Birliyinin bütün dövlətləri, Ukrayna, Moldova və Gürcüstan da daxil olmaqla, 55 dövlət isə bitərəf qalmışdır. Bu məsələ dekabrda Baş Assambleyanın plenar yığıncağında müzakirə ediləcəkdir. Ehtimal olunur ki, assambleya komitənin qərarını dəstəkləyəcəkdir. İlk bu cür əsasnamə layihəsi 2005-ci ildə Rusiyanın təşəbbüsü ilə BMT-nin komitəsinə daxil olmuşdu. Son bir neçə ildə ABŞ, ənənəvi olaraq, layihənin əleyhinə, Avropa Birliyi ölkələri isə lehinə səs verir. ABŞ tərəf öz mövqeyini nasistlərin hüquq və azadlıqlarının qorunmasına yozur.

Digər xəbərlər