PDF Oxu

Dünya

  • 870

Moldova Rusiya ordusunun ərazisindən çıxarılması üçün NATO-dan yardım istəyib

Moldova Rusiya ordusunun ərazisindən çıxarılması üçün NATO-dan yardım istəyib
"Novosti-Moldova" informasiya agentliyinin yaydığı məlumata görə, Moldovanın müvəqqəti prezidenti Mixay Gimpu NATO-nun baş katibi Andres Foq Rasmussenə məktub ünvanlayaraq, Rusiya qoşunlarının tanınmamış Pridnestorvye Respublikası ərazisindən çıxarılmasına kömək etməyi xahiş etmişdir. M.Gimpu NATO-ya ünvanlanmış məktub haqda noyabrın 12-də keçirdiyi mətbuat konfransında açıqlama vermişdir. Onun verdiyi bəyanata görə, Rusiya ordusu regionda gərginliyi saxlamaq məqsədilə "Pridnestrovye separatizmini alovlandırmağa" cəhd edir. M.Gimpunun dediyinə görə, Rusiya hərbi qulluqçularının regionda yerləşdirilməsi Pridnestrovye Konstitusiyası ilə ziddiyyət təşkil edir. Moldova qanunçuluğuna görə, respublika neytralitet statusuna malikdir və bu amil ölkə ərazisində digər ölkələrin hərbi qüvvəsinin olması ilə de-yure ziddiyyət təşkil edir. Rusiya qoşunları 1992-ci ildən etibarən Pridnestrovye ərazisində sülhməramlılıq missiyası yerinə yetirir. Rusiya Pridnestrovyenin müstəqilliyini tanımasa da, ona iqtisadi yardım göstərir. Moldovanın keçmiş kommunist rəhbərliyi ilə dəfələrlə Rusiya qoşunlarının Pridnestrovye ərazisindən çıxarılmasını tələb edirdi. Moskva isə həmişə Kişinyova, Rusiya qoşunlarını Pridnestrovye ərazisində qalması şərti ilə, konflikti nizamlama planı təklif edir. Oktyabrın axırlarında Rusiya rəsmiləri qoşunlarının Pridnestrovye ərazisindən çıxarılmasının gözlənilmədiyini bəyan etmişdir.

Digər xəbərlər