PDF Oxu

Dünya

  • 786

CAR BRHÇ-yə qoşulub

CAR BRHÇ-yə qoşulub
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, BRHÇ (Braziliya, Rusiya, Hindistan və Çin) Cənubi Afrika Respublikasının (CAR) inkişaf etməkdə olan nəhəng qeyri-formal dövlətlər birliyinə qoşulmasına etiraz etmir. Xatırladırıq ki, CAR hökuməti cari ilin avqustunda BRHÇ-yə qoşulmaq istəyini bildirmişdi. "Biz bu cür müraciətlərə, bütövlükdə, müsbət münasibət göstəririk. BRHÇ iştirakçı-dövlətlərinin bugünkü mövqeyi məhz bu cür xarakterizə olunur" deyə Rusiya prezidenti Dmitri Medvedev məsələyə öz münasibətini bildirmişdir. O, BRHÇ dövlətlərinin gələcəyinin "parlaq" olacağını bəyan etmişdir. Rusiya prezidentinin dediyinə görə, BRHÇ dövlətləri Seul sammitində Beynəlxaq Valyuta Fonduna (BVF) daha çox kvotası olan "Doqquzluq" tərkibində çıxış edir. Onun dediyinə görə, yeni kvotanın nizamlanması 2013-cü il üçün razılaşdırılacaqdır. Bir çox iqtisadçıların fikirincə, 25 il ərzində və ya bir qədər tez öz ümumdaxili məhsullarını "Böyük Yeddilik" həddindən artıq götürə bilərlər.

Digər xəbərlər