PDF Oxu

Dünya

  • 836

Taliblər Cəlalabad aeroportunu hücumla almağa cəhd ediblər

Taliblər Cəlalabad aeroportunu hücumla almağa cəhd ediblər
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, taliblər Cəlalabad aeroportuna və onun yaxınlığında yerləşən hərbi bazaya hücum etmişlər. "Taliban" hərəkatı nümayəndələrinin bəyanatına görə, 14 kamikadze aeroport binasında üzərlərinə bərkitmiş olduqları partlayıcı qurğuları işə salmışdır. Əfqanıstan hökuməti nümayəndələri isə hücum edənlərin 6 nəfər olduqlarını, onlardan 2 nəfərinin özlərini partlatdıqlarını, qalan 4 silahlının isə aeroport mühafizəsi tərəfindən öldürüldüklərini bildirmişdir. Rəsmi məlumata görə, 2 mühafizə xidməti əməkdaşı yaralanmışdır. NATO nümayəndələri isə hücum edənlərin 8 nəfər olduğunu və onlardan yalnız birinin üzərində "şəhid kəməri"nin aşkar edildiyini bildirmişlər. NATO rəsmilərinin məlumatına görə, nə Əfqanıstan, nə də koalisiya qüvvələri tərəfdə heç bir itki yoxdur. Cəlalabad şəhərində Əfqanıstanın hərbi və mülki personaldan ibarət 2,5 min nəfərdən çox hərbi qulluqçusu olan hərbi bazası yerləşir. Taliblər, mütəmadi olaraq, bu bazaya hücum edirlər. 2010-cu ilin 18 sentyabrında Əfqanıstanda parlament seçkiləri keçirilərkən, taliblər bu bazanı raket atəşinə məruz qoymuşlar.

Digər xəbərlər