PDF Oxu

Dünya

  • 629

Almaniya ABŞ nüvə silahının tamamilə ərazisindən çıxarmasını tələb edir

Almaniya ABŞ nüvə silahının tamamilə ərazisindən çıxarmasını tələb edir
"DAPD" informasiya agentliyinin yaydığı məlumata görə, Almaniyanın xarici işlər naziri Gido Vestervelle, NATO-nun Lissabonda keçiriləcək sammiti ərəfəsində, ABŞ-ın AFR ərazisində olan nüvə silahının tamamilə çıxarılmasını tələb etmişdir. "Biz bu məqsədimizi gerçəkləşdirməyə çalışacağıq" deyən nazir Bundestaqın yığıncağında qeyd etmiş və ölkəsinin nüvə silahından təmizlənməsi məsələsinin Almaniya üçün "vacib mövzu" olduğunu vurğulamışdır. Onun dediyinə görə, NATO-nun Lissabonda keçirəcəyi sammitində iştirak edən Rusiyanın mövqeyi də maraqlı olacaqdır. Söhbət ABŞ-ın Büxel və Reynland-Pfaltse hərbi-hava qüvvələri bazasında saxlanılan B61 Amerika nüvə bombalarından gedir. Onların dəqiq miqdarı məlum olmasa da, müxtəlif məlumatlara görə, Büxeldə 20 ədəd bu cür bomba saxlanılır. AFR bu silahlardan imtina etməsi haqda rəsmi bəyanat vermişdir. Ancaq NATO-nun fəaliyyətdə olan nüvə iştirakçı dövlətləri doktrinasına əsasən, müdafiə müharibəsinin başlanacağı təqdirdə, AFR-in 33-cü aviaeskadasında saxlanılan alman "Tornado"ları atəşkəs elan olunmuş əraziyə çatdırılmalıdır. Əvvəllər verilən məlumatlara görə, AFR 2012 və ya 2013-cü illərdə nüvə silahından azad ola bilər. AFR sərt iqtisadi büdcə vəsaitləri proqramını gerçəkləşdirəcəyi təqdirdə, 33-cü aviaeskadranı ləğv edə bilər. Fransa və ABŞ isə, hələlik, nüvə silahından imtina etməyə hazır olmadıqlarını bildirmişlər. Fransanın müdafiə naziri Erve Moren nüvə silahı əvəzinə, quraşdırılacaq raketdən müdafiə sisteminin Avropada təhlükəsizliyi təmin etmək gücündə olmadığını bildirmişdir. ABŞ-ın dövlət katibi Hillari Klinton isə, demişdir ki, NATO o vaxtadək nüvə alyansı kimi qalacaq ki, bu silah mövcudluğunu saxlamış olsun.

Digər xəbərlər