PDF Oxu

Dünya

  • 746

Misirdə İsrail turistləri əleyhinə sui-qəsdin üstü açılıb

Misirdə İsrail turistləri əleyhinə sui-qəsdin üstü açılıb
"Haaretz" qəzetinin yazdığına görə, Misirin xüsusi xidmət orqanı əməkdaşları İsrail turistləri əleyhinə terror aktları törətməyə hazırlaşan cinayətkar şəbəkəni aşkar etmişlər. Keçirilən əməliyyat nəticəsində 25 nəfərdən çox cinayətkar həbs edilmişdir. Onların hamısının radikal islamçı qruplaşmaları ilə əlaqəli olduğu ehtimal edilir. Operativ məlumatlara görə, sui-qəsdçilər Sina yarımadasındakı kurortlarda dincəlməyə gələn İsrail turistlərinə hücum etməyi planlaşdırırmışdılar. Son aylar ərzində Misirin güc strukturları bu yöndə bir neçə əməliyyat keçirmişlər. Keçirilən reydlər nəticəsində, sui-qəsdçilərlə yanaşı, içərisində silah və partlayıcı qurğular olan bir neçə anbar da aşkar edilmişdir. Aprelin ortalarında İsrail Müdafiə Nazirliyi hərbi-siyasi şöbəsinin başçısı Amos Gilad belə bir xəbərdarlıq jesti etmişdir ki, Sina yarımadası ərazisində olan İsrail vətəndaşları girov götürülür və sui-qəsd qurbanına çevrilirlər. Bundan sonra İsrail hökuməti öz vətəndaşlarına həmin regiona getməməyi tövsiyə etmişdir.

Digər xəbərlər