PDF Oxu

Dünya

  • 864

Kəraçi kriminal polisinin binası yaxınlığında partlayış törədilib

Kəraçi kriminal polisinin binası yaxınlığında partlayış törədilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Pakistanın Kəraçi şəhərinin mərkəzində kriminal polisi binası yaxınlığında törədilmiş partlayış nəticəsində, ən azı 18 nəfər həlak olmuş, 100 nəfər yaralanmışdır. Pakistanda fəaliyyət göstərən "Taliban" hərəkatı partlayış məsuliyyətini öz üzərinə götürmüşdür. Terror aktı noyabrın 11-də törədilmişdir. Partlayıcı qurğu avtomobil içərisinə bərkidilmişdi. Partlayışdan sonra polis binası tamamilə dağıdılmış və onun yaxınlığında diametri 5 metrə çatan çala yaranmışdır. Partlayışdan əvvəl silahlı qruplaşma üzvləri polis binasını atəşə tutmuşdur. Kəraçi Pakistanın işgüzar paytaxtı olmaqla yanaşı, həm də ən böyük şəhəridir. Bina yaxınlığında ABŞ-ın güclü mühafizəsi olan konsulluğu, 2 dəbdəbəli mehmanxana və dövlət binası kompleksi yerləşir. Partlayış nəticəsində, ətrafdakı binalara da zərər dəymişdir.

Digər xəbərlər