PDF Oxu

Dünya

  • 699

Obama İndoneziyadan vulkan püskürməsinə görə tez uçdu

Obama İndoneziyadan vulkan püskürməsinə görə tez uçdu
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama İndoneziyaya rəsmi səfərindəki proqramını Merapi vulkanının püskürməsi ilə əlaqədar yarımçıq qoymuşdur. Bu səbəbdən B.Obama İndoneziyadan bir neçə saat əvvəl Cənubi Koreyaya uçmuşdur.
Xatırladırıq ki, o, burada "Böyük 20-liyin" sammitində iştirak edəcəkdir. Agentlik qeyd edir ki, vulkanik kül buludundan ibarət olan kütlə Cakartadan aeroport istiqamətindən hərəkət etdiyi üçün İndoneziyada bir neçə reys təxirə salınmışdır.
Xatırladırıq ki, Merapi vulkanından həlak olanların sayı 191 nəfərə çatmışdır. 600 nəfərədək insan isə xəstəxanalara yerləşdirilmişdir. Onların əksəriyyətinin yanıqları 95 faiz həddindədir. Vulkan ətrafında məskunlaşmış 350 min nəfərdən çox əhali evakuasiya edilmişdir. Onlar üçün 80-ə yaxın palata düşərgəsi düzəldilmişdir.

Digər xəbərlər