PDF Oxu

Dünya

  • 752

FTB Pskov millətçilərinin terror aktlarının qarşısını alıb

FTB Pskov millətçilərinin terror aktlarının qarşısını alıb
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiyanın Federal Təhlükəsizlik Bürosu "Slavyan Birliyi" adlı qadağan edilmiş təşkilat üzvlərinin törətməyə hazırlaşdıqları terror aktının qarşısını almışdır. Terror aktı oktyabrın 31-də "Strategiya 31" aksiyasının keçiriləcəyi vaxt Pskovda başlamalı idi. Agentlik məlumat verir ki, birlik fəallarının yoxlanışı zamanı onların üzərlərində böyük miqdarda silah, hərbi sursat, partlayıcı maddə, ekstremist rəmzlər və ədəbiyyat aşkar edilmişdir. FTB-nin məlumatına görə, ekstremistlər Pskovun administrativ binasını partlatmaq istəyirdilər. Pskov vilayətinin hüquq-mühafizə orqanları cinayətkarlar əleyhinə cinayət işi açmışlar. Bir müddət əvvəl keçirilən rəsmi aksiya zamanı terror aktının törədiləcəyi haqda xəbər verilmişdir. "Slavyan Birliyi"nin fəaliyyəti 2010-cu ilin axırında Moskva Şəhər Duması tərəfindən qadağan edilmişdi.

Digər xəbərlər