PDF Oxu

Dünya

  • 907

Britaniya tələbələri mühafizəkarların mənzil-qərargahlarında talan törədiblər

Britaniya tələbələri mühafizəkarların mənzil-qərargahlarında talan törədiblər
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, tələbələrin Londonda keçirdikləri etiraz aksiyasında polis 32 nəfəri həbs etmişdir. Hökumətin ali məktəblərin maliyyələşdirilməsini ixtisar etməsinə və təhsilin qiymətini 3 qat artırmasına etiraz edən tələbələr mühafizəkar partiyanın mənzil-qərargahında talan törətmişlər.
Milbank küçəsi tərəfdən binanın vestbülünə soxulan 20-yədək tələbə, onların qarşısını almağa çalışan polis əməkdaşları ilə əlbəyaxa olmuşdur. Nəticədə, tələbələr binanın içərisində bağlı qapılar arxasında qalmışdır. Ancaq videodan aydın görünür ki, böyük pəncərə şüşələrini sındırmağa nail olan tələbələr bayıra çıxa bilmişlər.
Daha sonra nümayişçilərdən bəziləri qurşağadək soyunaraq, üzlərini şərflərlə sarımış və mühafizəkar partiyanın ofisi qarşısında tonqal qalamışlar. Tələbələr üzərlərində bu sözlər yazılmış plakatları oda atırdılar: "Maliyyənin ixtisarına stop!", "9K? Heç bir vaxt!" (9K? dedikdə, tələbələr 9 min funt-sterlinq illik maksimal plankasından yüksək ödənci nəzərdə tuturlar).
Noyabrın 10-da keçirilən etiraz aksiyasında 30 min nəfərədək müəllim və tələbə iştirak etmişdir. Onların bir çoxu Londona avtobuslarla Liverpul, Nyukasl və Birmingem şəhərlərindən gəlmişdilər. Nümayişçilər may ayında hakimiyyətə gəlmiş koalisiya hökumətini Liberal-Demokratik Partiyasından olan parlamentariləri geri çağırmalarına görə təhdid etmişlər. Xatırladırıq ki, seçki ərəfəsində LDP-ni təmsil edən deputatlar təhsilin qiymətinin qaldırılmasına etiraz edirdilər.
"Skunews"in son məlumatlarında London küçələrində ehtiyacı olan nümayişçilərə təcili tibbi yardım göstərmək üçün səyyar mərkəzin yaradılması və polisin həbslərə başlaması bildirilmişdi.

Digər xəbərlər