PDF Oxu

Dünya

  • 907

Obama İndoneziyanı müsəlman ölkələrinə nümunə göstərib

Obama İndoneziyanı müsəlman ölkələrinə nümunə göstərib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama İndoneziyada rəsmi səfərdə olmuşdur. Xatırladırıq ki, B.Obama uşaq olarkən, bir neçə il İndoneziya məktəblərində oxumuşdur.
O, Cakarta Universitetində tələbələr önündə çıxış edərkən, belə bir bəyanat vermişdir ki, İndoneziya öz dini və mədəni müxtəlifliyinə görə,"müxtəliflikdə vəhdət"in nə olduğunu unudan həm müsəlman, həm də Qərb ölkələrinə nümunə olmalıdır."Uşaqlığımın vətəni olan İndoneziyada dəyişiklik çox olsa da, ölkə konstitusiyasına yazılmış və vətəndaşlar tərəfindən icra edilən tolerantlıq prinsipi dəyişilməz qalmışdır" deyə Obama bildirmişdir. ABŞ prezidentinin fikrincə, din və mədəniyyətlər arasında olan bu müxtəliflik İndoneziyanı XXI əsrdə lider mövqeyində saxlayan bir qüvvədir.
B.Obama demokratik inkişaf sahəsində böyük uğurlar qazanan İndoneziyanın, artıq general Suxarto dövründəki avtoritar ölkə olmadığını xüsusi vurğulamışdır."İndoneziya mənim bir hissəmdir" deyə B.Obama etiraf etmişdir ki, bu ölkənin ən yeni tarixi, onun tənbəl uşaqlıq dövründən, Birləşmiş Ştatlar prezidenti olduğu dövrədək keçən şəxsi həyat yoludur.
ABŞ prezidentinin nitqini 5000 nəfər dinləmişdir ki, onların əksəriyyəti tələbələr olmuşdur. B.Obama bu çıxışından əvvəl Cənubi-Şərqi Asiyada ən böyük məscid hesab edilən"İstiqlal" məscidini ziyarət etmişdir.

Digər xəbərlər