PDF Oxu

Dünya

  • 753

Saakaşvili “Rusiya casusları”nı tutan şəxsləri mükafatlandırıb

Saakaşvili “Rusiya casusları”nı tutan şəxsləri mükafatlandırıb
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Gürcüstan prezidenti Mixail Saakaşvili, ölkə ərazisində fəaliyyət göstərən Rusiyanın casusluq şəbəkəsini ifşa edən Konstitusiya Təhlükəsizliyi Departamenti əməkdaşlarını ordenlərlə təltif etmişdir. O, departament əməkdaşlarının fəaliyyətini"vacib və effektiv əməliyyat" kimi qiymətləndirmişdir. Gürcüstan prezidenti casus qalmaqalının Rusiya-Gürcüstan münasibətlərini gərginləşdirməyəcəyini bildirmişdir. Onun dediyinə görə, Gürcüstanın həkimiyyət dairələri ərazilərini işğal etmiş işğalçı ilə haqq-hesab çəkirlər. M.Saakaşvili belə hesab edir ki, Moskva Gürcüstan ərazisinə atdığı casuslar vasitəsilə vəziyyəti gərginləşdirməyə cəhd edir. Gürcüstan prezidenti Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün, heç bir ilkin şərt irəli sürmədən, Moskva ilə dialoqa getməyə hazır olduğunu bildirmişdir. Moskva isə həbs edilən şəxslərin Rusiya vətəndaşı olmadıqlarını və bu"əməliyyatların təşviqat tryuku və təxribat" olduğunu bəyan etmişdir.

Digər xəbərlər