PDF Oxu

Dünya

  • 657

Almaniya ultrasağ partiyaları birləşəcəklərini bəyan ediblər

Almaniya ultrasağ partiyaları birləşəcəklərini bəyan ediblər
"Welt" qəzetinin yazdığına görə, ultrasağ mövqeli Almaniya Milli-Demokratik Partiyası (NPD) digər ultrasağ partiya hesab edilən"Alman Xalq Birliyi" ("DVU") ilə birləşmək təklifini bəyənmişdir. NPD nümayəndələri noyabrın 6-da Saksoniya-Anxaltada keçirdikləri qurultaylarında əksər səs çoxluğu ilə-207 deputatdan 194-nün lehinə səs verməsi ilə partiyalarının"DVU"-nun tərkibinə birləşməsinə razılıq vermişlər. Bu partiyaların tam birliyi 2010-cu ilin axırları və 2011-ci ilin əvvəllərində baş tutacaqdır. Noyabrda "DVU"nun keçirəcəyi partiya qurultayında NPD-nin çıxardığı qərara münasibət bildiriləcəkdir. Bundan başqa, hər iki partiya öz sıravi üzvləri arasında rəy sorğusu keçirib, bugünkü dəyişikliklərə münasibətlərini öyrənəcəkdir. NPD və "DVU" birləşdikdən sonra adının "Milli Birlik" olacağı gözlənilir. Ancaq partiyanın yeni adı başqa cür də səslənə bilər."Welt"in yazdığına görə, partiyaları bu addımı atmağa maliyyə çətinliyi məcbur etmişdir. Bu səbəbdən də hər iki partiyada üzvlərin sayı tez-tez ixtisar edilirdi. 2009-cu ildə NPD üzvlərinin sayı 6800-ə ensə də, 2 il əvvəl onların sayı 7200 nəfər idi. "DVU"nun üzvlərinin sayı 4000 nəfərdir. Hər iki partiya rəhbərliyi ümid edir ki, onlar birləşdikdən sonra 2011-ci ildə Saksoniya- Anxaltada keçiriləcək torpaq sahəsi seçkilərində uğur qazanacaqdır.

Digər xəbərlər