PDF Oxu

Dünya

  • 843

Obama Hindistanı BMT TŞ-nin daimi üzvü edəcəyini vəd edib

Obama Hindistanı BMT TŞ-nin daimi üzvü edəcəyini vəd edib
"BBC Nyus" informasiya agentliyinin noyabrın 8-də yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama bazar ertəsi Dehlidə rəsmi səfəri çərçivəsində Hindistanın baş naziri Manmoxan Sinqxlə görüşərkən, onun təmsilçisi olduğu ölkəni BMT Təhlükəsizlik Şurasının daimi üzvü edəcəyini vəd etmişdir.
ABŞ prezidenti Hindistana noyabrın 6-da gəlmişdir. Səfərin başlıca məqsədi ABŞ və Hindistan arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir. Bu görüş "bir çox məsələlərin həllində yeni əsrin siyasi mənzərəsini müəyyənləşdirmiş olacaqdır".
M.Sinqxlə görüşən B.Obama demişdir ki, Hindistan dünya ölkələri sırasında öz layiqli yerini tutmuşdur və ABŞ onunla birlikdə "təhlükəsizlik məsələləri və tərəqqi yönündə" məqsədyönlü iş aparacaqdır. Hindistanın baş naziri ABŞ prezidentinin fikri ilə razılaşdığını bildirmiş və proteksionizmin hər iki ölkənin iqtisadiyyatına mənfi təsir göstərdiyini qeyd edərək, təmsilçisi olduğu ölkənin "iş yerlərini amerikalıların əllərindən almayacaqlarını" bəyan etmişdir. Hər iki ölkə başçısı kosmik, mülki, nüvə və müdafiə sahələrində əməkdaşlığı gücləndirəcəyini bildirmişlər. M.Sinqx söhbət əsnasında B.Obamaya bildirmişdir ki, Pakistan Kəşmir probleminin həllində "terrorizm ixrac etməkdən" imtina etməyəcəyi təqdirdə, bu ölkə rəhbərliyi ilə genişmiqyaslı danışıqlar aparmayacaqdır.
B.Obamanın İndoneziya,Cənubi Koreya, Yaponiya və Asiyanın digər regionlarına səfəri bir həftə sonra Seulda keçiriləcək "İyirmilər" sammiti ərəfəsində keçirilməkdədir. B.Obama 10 gün davam edəcək səfəri dairəsində başlıca Asiya ölkələrinin rəhbərləri ilə danışıqlar apararaq, ABŞ iqtisadiyyatı üçün normal şərait yaratmağa cəhd edəcəkdir.

Digər xəbərlər