PDF Oxu

Dünya

  • 770

Yaponiya səfiri Moskvaya qayıdıb

Yaponiya səfiri Moskvaya qayıdıb
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiya prezidenti Dmitri Medvedevin Kuril adalarına səfəri ilə əlaqədar Tokioya çağırılmış Yaponiya səfiri Moskvaya qayıtmışdır. Yaponiya səfiri Masaxaru Kono artıq öz səlahiyyətlərinin icrasına başlamışdır. Onun Moskvaya nə vaxt qayıtması elan edilməmişdir. Bir müddət əvvəl isə, M.Kononun Rusiyaya noyabrın 7-də qayıdacağı bildirilirdi.
M.Kono Yaponiyaya noyabrın 3-də çağırılmışdı. Yaponiya hökuməti bu addımı ilə D.Medvedevin Şikotan adasına etdiyi səfərinə etirazını bildirmişdir. Yaponiya həmin adanı öz ərazisi hesab edir.
Rusiya Dövlət Duması Yaponiya hökumətinin bu hərəkətini qeyri-adekvat addım kimi qiymətləndirmiş, Federasiya Şurasının nümayəndəsi Mixail Margelov isə səfirin geri çağırılmasını noyabrın 13-14-də İokoqamda keçiriləcək ATES sammiti ərəfəsində ağlasığmaz hesab etmişdir.
Yaponiya hökuməti Kunaşir, İturup, Şikotan və Xabomai arxipelağındakı adaları öz ərazisi hesab edir. Rusiya isə bu mövqe ilə razılaşmır. Bu ərazi mübahisəsinə görə, ölkələr öz aralarında sülh müqaviləsi imzalaya bilmirlər.

Digər xəbərlər