PDF Oxu

Dünya

  • 807

Bundestaq komissiyası narkotiki leqallaşdırmaq istəyir

Bundestaq komissiyası narkotiki leqallaşdırmaq istəyir
"Şpigel" qəzetinin yazdığına görə, Bundestaq İnsan Hüquqları Komissiyasına başçılıq edən Almaniya "Yaşıllar" partiyasının üzvü Tom Keniqs ölkədə kriminogen vəziyyəti yüngülləşdirmək və narkotika qəbulunun miqdarını azaltmaq məqsədilə hər növ narkotika vasitələrinin leqallaşdırılmasını təklif etmişdir. T.Keniqsin təklifi Almaniyadan başqa, Latın Amerikası ölkələrinə və Meksikaya da aiddir. Bildiyimiz kimi, Meksikada hökumət narkobaronlarla əsl müharibə aparır. T.Keniqs belə hesab edir ki, narkotik maddələrdən addım-addım, özü də ehtiyatla uzaqlaşmaq müsbət nəticələr verə bilər. "Hərbi, polis və hüquqi metodlarla irəliləyiş əldə etmək qeyri-mümkündür"- deyə siyasətçi bildirmişdir. Onun fikrincə, narkotika ticarətinin qadağan edilməsi narkobaronların sürətlə varlanmasına səbəb olur. "Hər bir polis, hərbi və hüquqi aksiyalar narkotik maddələrin qiymətinin daha da artmasına səbəb olur" deyə T.Keniqs bildirmişdir. Siyasətçi belə hesab edir ki, Almaniyada narkotik maddələr üzərindən qadağanın götürülməsi onların qəbulunun azalmasına səbəb olardı. O misal kimi, Portuqaliyada 2001-ci ildən etibarən narkotik maddələrin qəbulunda azalmaların müşahidə edildiyini göstərmişdir.

Digər xəbərlər